14 C
Baku
Saturday, November 22, 2025

Tramp bu ölkədən olan miqrantları müvəqqəti yaşayış hüququndan məhrum etdi

ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında olan somalili miqrantların Birləşmiş Ştatlar ərazisində müvəqqəti yaşama hüququ verən statatusunu ləğv edəcəyini açıqlayıb.

Trampın sözlərinə görə, onun qaçqın proqramında apardığı ixtisarlar məhz cinayət hallarına qarşı profilaktik tədbir xarakteri daşıyır.

“Bununla Minnesotada olan somalililərin Müvəqqəti Qorunma Statusunu ləğv edirəm, sənəd imzalandığı andan etibarən qüvvəyə minir”,- deyə Tramp “Truth Social” platformasında yazıb.

O, somalili quldur dəstələrinin yerli sakinlərə zərər vurduğunu bildirib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər