16 C
Baku
Saturday, November 22, 2025

Nazir: “Bu, ən aşağı vergi yüklərindən biridir”

“Azərbaycanda ümumi vergi yükü 15.9%-dir. Həm region, həm də digər ölkələrə baxa bilərsiniz, bu, ən aşağı vergi yükü olan rejimlərdən biridir”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dünən keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Qeyri-neft iqtisadiyyatımızda isə qeyri-neft vergilərinin yükü 13.1%-dir. Bu parametrlərin hər biri göstərir ki, Azərbaycan güzəştli rejim yaradıb”, – nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər