23 C
Baku
Sunday, September 29, 2024

Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Avropa Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında pul-kredit siyasətinin əsas alətlərini son iki aylıq səviyyədə saxlayıb.

Banker.az APA-ya istinadən xəbər verir ki, tənzimləyici uçot dərəcəsini 0%, depozitlər üzrə faiz dərəcəsi mənfi 0,4% səviyyəsində qalıb.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən investisiya reytinqli istiqrazların ay ərzində alışını nəzərdə tutan proqram (QE) da dəyişikliyə uğramayıb. Qeyd edək ki, martın 10-da baş tutan iclasda qəbul olunan qərara əsasən, ay ərzində alınması nəzərdə tutulan istiqrazların həcmi 60 mlrd. avrodan 80 mlrd. avroyadək artırılıb. Bu üsulla Mərkəzi Bank Avropa iqtisadiyyatını stimullaşdırmağı, inflyasiyanın azaldılmasını planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər