Ukraynanı münaqişə başlayandan bəri ən sərt və ağır qış gözləyir.
Bu barədə “The Guardian” məlumat yayıb.
“Ukrayna 2022-ci ildən bəri ən soyuq və çətin qışı yaşayacaq. Elektrik kəsintiləri artıq təkcə ucqar kəndlərin deyil, paytaxt Kiyevin də gündəlik həyatının bir hissəsinə çevrilib”, – nəşr qeyd edib.
Məlumata görə, ölkədə elektriklə bağlı problemlərə görə ictimai narazılıq son günlərdə yaşanan korrupsiya qalmaqalının fonunda daha da artıb.








