19 C
Baku
Sunday, September 29, 2024

Türkiyə Almaniyadan səfirini geri çağırdı

Almaniya kanslerindən qondarma erməni soyqırımı qətnaməsi ilə bağlı ilk açıqlama.

Qondarma soyqırımla bağlı qətnamənin qəbulundan sonra Türkiyə Almaniyadan səfirini geri çağırıb.  Türkiyə mətbuatındakı məlumata görə, Hüseyn Avni Karslıoğlununun geri çağırılması barədə məlumatı baş nazir açıqlayıb.

Səfir məsləhətləşmələr üçün yerli saatla 14.45-də (Bakı vaxtı ilə 16:45) təyyarə ilə Berlindən İstanbula gələcək.

Binali Yıldırım erməni iddiaları ilə bağlı qətnamənin qəbulu ilə bağlı açıqlama da verib. “Bu, xəta idi. Türk millətinin keçmişi bəllidir. Bu millət keçmişi ilə qürur duyan bir millətdir.  Keçmişimizdə üz qızardacaq, başımızı önə əyəcək heç bir hadisə yoxdur”.

Almaniya XİN rəhbəri ötən gün Dünya çempionatına qatılacaq ölkələrin səfirləri ilə görüşüb. (Hüseyn Avni Karslıoğlu - qırmızı köynəkdə)
Almaniya XİN rəhbəri ötən gün Dünya çempionatına qatılacaq ölkələrin səfirləri ilə görüşüb. (Hüseyn Avni Karslıoğlu – qırmızı köynəkdə)

Türkiyənin xarici işlər naziri Mövlud  Çavuşoğlu da Almaniya parlamentinin qərarına reaksiya verib. O, “Twitter” səhifəsində belə yazıb: “Öz tarixlərindəki qaranlıq səhifələri bağlamağın yolu məsuliyyətsiz və məntiqsiz parlament qərarları ilə başqa ölkələrin tarixini qaralamaq deyil”.

Almaniyanın kansleri Angela Merkel də Bundestaqın qərarından sonra ilk açıqlamasını verib. Səsvermədə iştirak etməyən Merkel bir cümlə deyib. “Türkiyə ilə Almaniya arasında münasibətlər güclüdür”.

Bu gün Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb. Almaniya Bundestaqı qondarma erməni “soyqırımı” ilə bağlı qətnaməni qəbul edib.

Qətnamə  “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər