Qəbələdəki hotellərin mənfəəti düşüb

Qəbələ rayonunda hotel və motellərin 2025-ci ilin ilk üç rübündə gəliri 30.36 mln. manat, xərcləri 28.76 mln. manat olub.

Banker.az-ın hesablamalarına görə, Qəbələdki mehmanxanaların gəlirləri 1% artarkən, xərcləri 13% artıb.

Ölkənin ikinci ən turizm ziyarətçisi olan rayondakı hotellərin ümumi mənfəəti 1.60 mln. manat təşkil edib. Halbuki, 2024-cü ildə onların 4.55 mln. manat idi.

Həmin dövrdə mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2025-ci ildə 71,884 nəfər olub.

Onlardan 34,593 nəfəri Azərbaycan vətəndaşları, 37,291 nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

2024-cü ildə yerləşdirilmiş şəxslərin sayı 81,231 nəfər olub ki, bunun 30,437 nəfəri yerli vətəndaşlar, 50,794 nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər