“Spotify” pleylistlərin digər musiqi xidmətlərindən köçürülməsi funksiyasını işə salıb. Alət “Apple Music”, “YouTube Music”, “Tidal”, “SoundCloud”, “Yandex Music” və digər xidmətlərdən pleylistləri köçürməyə imkan verir.
“Spotify” bildirir ki, alqoritmlər digər servislərdən köçürülən trekləri dərhal nəzərə alır və istifadəçilərə oxşar trekləri təklif etməyə başlayır.
“The Verge” qeyd edir ki, pleylistlərin “Spotify”a köçürülməsi funksiyasını digər xidmətlər də təklif edir. Nəşr onların sırasında “Soundiiz” və “SongShift” platformalarını misal gətirir.







