18 C
Baku
Monday, November 24, 2025

Mərkəzi Bank cərimə ödənişlərinə tətbiq olunan komissiya məsələsinə aydınlıq gətirib

“Bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur”.

Banker.az xəbər verir ki, bu barədə  Mərkəzi Bankdan bildirilib.

Komissiyanın hansı banklarda tətbiq olunmasına da aydınlıq gətirilib: “Ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir.

Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir”.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər