MDB liderlərinin qeyri-rəsmi görüşü, eləcə də Ali Avrasiya İqtisadi Şurasının rəsmi iclası 21-22 dekabr tarixlərində Sankt-Peterburqda keçiriləcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“21-22 dekabr tarixlərində Sankt-Peterburqda MDB liderlərinin Yeni il ərəfəsində ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək. Bu qeyri-rəsmi görüşdən əlavə, Ali Avrasiya İqtisadi Şurasının rəsmi iclası da olacaq”, – o deyib.








