15 C
Baku
Tuesday, November 25, 2025

Dünyanın ən bahalı yeni avtomobili satıldı – QİYMƏT

“Gordon Murray Special Vehicles” atelyesinin istehsalını planlaşdırdığı beş “S1 LM” superkarından birincisi ötən həftəsonu Las-Veqasda (ABŞ) baş tutan “Formula-1” Qran-prisi çərçivəsində satışa çıxarılıb.

Banker.az “RM Sotheby’s”ə istinadən xəbər verir ki, hərrac evi tərəfindən təşkil olunan satış tədbirində kupe 20 630 000 dollara alıcı tapıb.

Bu, indiyədək yeni avtomobil üçün ödənilən ən yüksək qiymət hesab olunur.

Nümayiş üçün hazırlanan avtomobil modeli hərracın keçirildiyi “Wynn” hotelinə helikopterdən asılı platforma üzərində gətirilib.

“S1 LM” məşhur “McLaren F1 GTR”in yeni təcəssümü sayılır. Karbon lifli superkar 700 at qüvvəsindən daha çox gücə malik 4.3 litrlik V12 mühərriklə təchiz olunacaq.

Screenshot 2025 11 25 091555

Screenshot 2025 11 25 091645

Screenshot 2025 11 25 091621

Screenshot 2025 11 25 091706

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər