15 C
Baku
Tuesday, November 25, 2025

Kanada Hindistanla 2,8 milyard dollarlıq uran ixracı barədə danışıqlar aparır

Kanada və Hindistan 2,8 milyard dollarlıq sövdələşmə çərçivəsində uran ixracına dair razılaşmaya yaxınlaşırlar. Bu barədə mənbələrə istinadən “The Globe and Mail”  məlumat verib. İlkin məlumata görə, Hindistan 10 il ərzində Kanadanın uranını almağa hazırdır.

Uran Kanadanın “Cameco Corp.” şirkəti tərəfindən tədarük ediləcək. Nəşr qeyd edir ki, ixrac müqaviləsi Kanada və Hindistan arasında atom sahəsində daha geniş əməkdaşlığın bir hissəsi ola bilər.

Hindistanda AES-lərin elektrik enerjisi istehsalındakı payı 3%-dən çox deyil — 2024–2025-ci illərdə bu həcmin 56,7 Tvt·saata çatmadığı bildirilir. 2025-ci ilin aprel ayına olan vəziyyətə görə, ölkədə ümumi quraşdırılmış gücü 8880 MVt olan yeddi AES-də 25 nüvə reaktoru fəaliyyət göstərir. Qəbul olunmuş atom energetikası inkişaf proqramı çərçivəsində daha 8700 MVt ümumi gücə malik 11 reaktor tikilir.

Son xəbərlər
Digər xəbərlər