2025-ci ilin ilk üç rübündə Azərbaycanın Gürcüstana tomat ixracı 1 588 ton təşkil edərək 1 milyon 71 min dollar olub.
Banker.az xəbər verir ki, bu da illik ixracın 28 dəfə artımı deməkdir.
Gürcüstana ixrac olunan tomatın orta qiyməti 2025-ci ildə təxminən 674 dollar/ton olub, 2024-cü ildə isə 962 dollar/ton təşkil edirdi.
2025-ci ilin ilk üç rübündə Azərbaycanın xaricə tomat ixracı 144 min ton və ya 157.17 m ilyon dollar olub.
İxrac əsasən Rusiya, Belarus, Polşa, Ukrayna, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Latviya və Moldova da yer alıb:
| Miqdar, ton | Dəyər, min dollar | |
| Cəmi | 144,029.41 | 157,171.62 |
| Rusiya | 139,251.26 | 149,827.89 |
| Belarus | 2,310.30 | 5,056.79 |
| Gürcüstan | 1,588.40 | 1,071.04 |
| Polşa | 641.50 | 955.93 |
| Ukrayna | 166.73 | 187.37 |
| Səudiyyə Ərəbistanı | 1.88 | 24.61 |
| Qazaxıstan | 16.83 | 13.46 |
| Birləşmiş Ərəb Əmirlikləri | 17.01 | 12.96 |
| Latviya | 18.00 | 11.08 |
| Moldova | 17.50 | 10.50 |






