14 C
Baku
Tuesday, November 25, 2025

Üç müəssisədə iri səhm paketləri satışa çıxarılır

2025-ci il dekabrın 23-də keçiriləcək təkrar pul hərracında bir neçə səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Banker.az xəbər verir ki, şirkətlər Ağdaş Quşçuluq №463, Əli Bayramlı Kimyəvi Təmizləmə №96 və İmişli Yağ Pendir №660-dır.

Ağdaş Quşçuluq №463 üzrə 101 662 ədəd səhm satışa çıxarılır. Onların nominal dəyəri 203 324 manat, ilkin hərrac qiyməti isə 101 662 manatdır. Behin məbləği – 10 166,2 manatdır.

Əli Bayramlı Kimyəvi Təmizləmə №96-da 77 108 ədəd səhm satışdadır. Nominal dəyər 38 554 manat, ilkin satış qiyməti – 19 277 manat, beh – 1 927,7 manatdır.

İmişli Yağ-Pendir №660 üzrə 35 773 səhm hərraca çıxarılıb. Onların nominal dəyəri 71 546 manat, ilkin satış qiyməti 35 773 manat, beh isə 3 577,3 manat təşkil edir.

Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə
1 Ağdaş Quşçuluq №463 23.03.1998 Ağdaş rayonu, Qaradağlı kəndi
677482.20
338 741 2.00 101662 30.01 203324.00 101662.00 10166.20
2 Əli Bayramlı Kimyəvi Təmizləmə №96 17.04.2007 Şirvan şəhəri, Mehmandarov küçəsi, 1 85986.00 171972 0.50 77108 44.84 38554.00 19277.00 1927.70
3
İmişli Yağ Pendir №660 29.08.1997 İmişli rayonu, Rəsullu kəndi 238217.60 119109 2.00 35773 30.03 71546.00 35773.00 3577.30
Son xəbərlər
Digər xəbərlər