14 C
Baku
Tuesday, November 25, 2025

Dövlət Vergi Xidmətinin strukturunda yeni idarələr yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni təsdiqlənmiş strukturunda bir neçə dəyişiklik edilib.

Banker.az xəbər verir ki, aparat səviyyəsində Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi, Data analitika idarəsi kimi yeni qurumlar struktura əlavə edilib.

İnformasiya təhlükəsizliyi şöbəsinin statusu yüksəldilərək idarəyə çevrilib. Həmçinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin adı genişləndirilib.

_____

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı:

  • Vergi siyasəti baş idarəsi
  • Vergi risklərinin idarə edilməsi baş idarəsi
  • Vergi auditi baş idarəsi
  • Rəqəmsal vergi inzibatçılığı baş idarəsi
  • Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi
  • Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi
  • İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi
  • Hüquq baş idarəsi
  • Daxili təhlükəsizlik baş idarəsi
  • Daxili audit baş idarəsi
  • İnsan resursları baş idarəsi
  • Vergi ödəyicilərinə xidmət baş idarəsi
  • Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsi
  • İnzibati şikayətlərə baxılması baş idarəsi
  • Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsi
  • Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsi
  • Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi
  • Vergi ombudsmanı xidməti baş idarəsi
  • Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi
  • Maliyyə baş idarəsi
  • Media və kommunikasiya idarəsi
  • İnformasiya təhlükəsizliyi idarəsi
  • Data analitika idarəsi
  • Layihələrin idarə olunması şöbəsi
  • Maliyyə monitorinqi şöbəsi
  • Protokol şöbəsi
  • Məxfi şöbə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar:

  • Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
  • Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi
  • Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi
  • Milli Gəlirlər Baş İdarəsi
  • İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi
  • Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi
  • Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi
  • 2 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 3 saylı Ərazi Vergilər İdarəsi
  • 4 saylı Ərazi Vergilər İdarəsi
  • 5 saylı Ərazi Vergilər İdarəsi
  • 6 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 8 saylı Ərazi Vergilər İdarəsi
  • 9 saylı Ərazi Vergilər İdarəsi
  • 10 saylı Ərazi Vergilər İdarəsi
  • 11 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 12 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 13 saylı Ərazi Vergilər İdarəsi
  • 14 saylı Ərazi Vergilər İdarəsi
  • Qarabağ Ərazi Vergilər Baş İdarəsi
  • Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurum:

  • Tədris Mərkəzi
Son xəbərlər
Digər xəbərlər