14 C
Baku
Tuesday, November 25, 2025

Azərbaycanın avtmobil təkərlərini hansı ölkələrdən alır? – SİYAHI

2025-ci ilin ilk 9 ayında minik avtomobilləri üçün təkərin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcmlərdə azalma, dəyərdə isə cüzi artım göstərib.

Banker.az xəbər verir ki, ilk üç rübdə Azərbaycana 1 milyon ədəd həcmdə, 32,5 milyon dollar dəyərində şin gətirilib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə həcmdə 4,5% azalma, dəyərdə isə demək olar ki, sabitlik deməkdir.

2025-ci ildə Azərbaycanın şin idxalında əsas pay Çinin olub. Ölkənin payı 685 min ədəd və 18,7 milyon dollardır. Çin həm ədədlə açıq fərqlə liderdir. İkinci yerdə Koreya Respublikası qərarlaşıb – 59,6 min ədəd (3,05 milyon dollar). İlk üçlüyü Türkiyə tamamlayır: 58,5 min ədəd və 2,33 milyon dollar. Digər böyük tədarükçülər arasında Tailand (70,7 min ədəd), Yaponiya (16,8 min ədəd), Rusiya (39,7 min ədəd), Belarus (22,4 min ədəd), Tayvan (12 min ədəd), Çexiya (2,6 min ədəd) və İran (18 min ədəd) yer alır.

2025, ilk 9 ay

Miqdar, ədəd Dəyər, min dollar
Cəmi 1,001,031 32,550.91
Çin 685,307 18,732.12
Koreya Respublikası 59,582 3,051.74
Türkiyə 58,463 2,329.52
Tailand 70,748 2,318
Yaponiya 16,819 1,509.09
Rusiya 39,712 1,122.50
Belarus 22,383 506.32
Çexiya 2,638 446.83
Tayvan (Çinin əyaləti) 12,032 440.55
İran İslam Respublikası 18,054 307.76

2024, ilk 9 ay

Miqdar, ədəd Dəyər, min dollar
Cəmi 1,047,813 32,515.19
Çin 711,339 19,610.63
Türkiyə 108,064 3,597.93
Koreya Respublikası 45,731 2,379.19
Rusiya 76,720 1,805.46
Tailand 37,630 1,239.21
Yaponiya 13,339 1,139.74
Çexiya 2,456 377.42
Belarus 15,610 360.64
Serbiya 4,599 229.69
Filippin 3,837 214.03
Son xəbərlər
Digər xəbərlər