14 C
Baku
Tuesday, November 25, 2025

Bloomberg: Hindistan bankları Rusiyadan neft alışı üçün ödənişləri bərpa etməyi planlaşdırır

Hindistan bankları Rusiyadan neft ticarətinin maliyyələşdirilməsini iki şərtlə yenidən nəzərdən keçirməyə hazırdır. Neft qara siyahıya salınmamış təchizatçılardan gəlməli və tranzaksiyalar sanksiya qanunvericiliyini pozmamalıdır, bu barədə mənbələrə istinadən “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, ABŞ-nin bir neçə həftə əvvəl yeni sanksiyalar tətbiq etməsindən sonra kredit təşkilatları tədarük zəncirini yoxlamağın çətinliyini əsas gətirərək istənilən Rusiya yükü üçün nağdsız ödənişlər aparmaqdan çəkinirdi. İndi isə Hindistan bankları Rusiya neftinin ödənişləri üzrə neft emalı şirkətlərinin sorğularını təmin etmək üçün “tələblərə uyğunluğu təmin edən” mexanizm hazırlayıblar. Mənbələrin sözlərinə görə, tranzaksiyalar BƏƏ dirhəmi və ya Çin yuanı ilə həyata keçirilə bilər.

“Bloomberg”in həmsöhbətləri həmçinin bildiriblər ki, Hindistan kredit təşkilatları və neft şirkətləri neftin hasil olunduğu yerlər və onu daşıyan gəmilərlə bağlı yoxlamaları gücləndiriblər. O cümlədən, həmin gəmilərin qara siyahıya salınmış hər hansı təşkilatla əlaqəsinin olub-olmadığı araşdırılır.

Oktyabr ayında ABŞ Maliyyə Nazirliyi LUKOIL, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər bu şirkətlərin ABŞ-dəki bütün aktivlərinin dondurulmasını və Amerika təşkilatlarına onlarla biznes aparmağı qadağan edir. Hindistanın “Reliance” şirkəti 20 noyabrdan etibarən Rusiya nefti alışını dayandırıb.

Son xəbərlər
Digər xəbərlər