13 C
Baku
Tuesday, November 25, 2025

“Changan” “Hyundai” şirkətinin Çindəki zavodunu alıb

Avtomobil konserni “Changan” Çuntsin şəhərində yerləşən “Hyundai “zavodunun alınmasını tamamlayıb. Müəssisə Changan-ın tərkibinə daxil olan “Deepal “markasının modellərinin istehsalı üçün istifadə olunacaq.

Bu barədə carnewschina.com məlumat yayıb.

Bildirilir ki, aktivin yekun satış qiyməti 1,62 milyard yuan (təxminən 228 milyon dollar) təşkil edib. “Deepal” nümayəndələri zavod üçün planlarının olduğunu desələr də, burada hansı modelin istehsal olunacağını və istehsalın nə vaxt başlayacağını açıqlamayıblar.

“Deepal” artıq Nankin və Pekində böyük istehsal güclərinə malikdir. Yeni zavodun əlavə olunması markanın istehsal imkanlarını genişləndirir. Belə ki, şirkət artıq satışlarını artırıb. 2024-cü ilin oktyabrında 36 792 avtomobil satılıb, yanvar–oktyabr dövründə ümumi satış həcmi isə ötən illə müqayisədə 57,1% artıb.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər