Böyük Britaniyanın xəzinədarlıq kansleri Reyçel Rivz 2026-cı ilin aprelindən minimum əməkhaqqının artırılacağını elan edib. Onun sözlərinə görə, bu artımlar təxminən 2,4 milyon işçinin illik gəlirini 900 funt artıracaq. Ən böyük artım 18–20 yaş kateqoriyası üçün olacaq və 8,5% təşkil edəcək. 21 yaşdan yuxarı işçilərin minimum əməkhaqqı 4% artacaq.
Rəsmi məlumata əsasən, 18–20 yaşlılar üçün minimum əməkhaqqı saatda 10,85 funt sterlinq, 21 yaşdan yuxarı olanlar üçün isə 12,71 funt sterlinq təşkil edəcək. Böyük Britaniya 2024-cü ildə də minimum əməkhaqqı artmışdı: o zaman 21 yaşdan yuxarılar üçün artım 6,7%, 18–20 yaşlılar üçün isə 16,3% təşkil etmişdi. Lakin kansler vurğulayıb ki, həyatın bahalaşması işləyən insanlar üçün ən ciddi problemlərdən biridir.
Digər tərəfdən, tənqidçilər bildirirlər ki, Britaniyada minimum əməkhaqqı son beş ildə artıq 40% artıb — 2020-ci ildə o, saatda 8,72 funt sterlinq olub və indi dünyanın ən yüksək göstəricilərindən biridir. Bununla yanaşı, Britaniya həmkarlar ittifaqları hökumətin qərarını alqışlayıb. Britaniya Tred-Yunion Konqresinin baş katibi Pol Novak deyib: “İnsanların cibinə daha çox pul qoymaq — həm işçilər, həm də iqtisadiyyat üçün xeyirlidir, çünki bu pullar yenidən mağazalara və yerli biznesə qayıdır”.







