14 C
Baku
Wednesday, November 26, 2025

“The Wall Street Journal” Tim Kukun dörd mümkün varisini açıqlayıb

“The Wall Street Journal” (WSJ) yazır ki, analitiklər və investorlar artıq Tim Kukun “Apple”ın baş direktoru postunda kim tərəfindən əvəz oluna biləcəyini müzakirə edirlər. Nəşrin məlumatına görə, daha çox dörd namizədin adı çəkilir. Şirkətin özü bu barədə şərh verməkdən imtina edib.

WSJ-nin məlumatına əsasən, mümkün varislərdən birincisi “Apple”ın əməliyyat direktoru Con Ternusdur. Nəşr qeyd edir ki, onun təyinatı xüsusilə real görünür, çünki o, şirkət üçün böyük əhəmiyyət kəsb aparat təminatına cavabdehdir. “Bloomberg” də daha əvvəl onu ən real namizəd kimi göstərmişdi.

Digər namizəd — proqram təminatının inkişafı üzrə baş vitse-prezident Kreyq Federiqidır. O, xüsusilə süni intellekt sahəsindəki layihələrə nəzarət edir. Daha bir mümkün varis — xidmətlər üzrə baş vitse-prezident Eddi Kyudur. WSJ qeyd edir ki, Kyu şirkətlərin alınması ilə bağlı danışıqlarda mühüm rol oynayır. Dördüncü namizəd isə beynəlxalq marketinq üzrə baş vitse-prezident Qreq Cozvyakdır. Onun adı siyahıda ona görə hallanır ki, brendin inkişafı və marketinq “Apple” üçün çox vacib sahələrdir.

WSJ bildirir ki, 65 yaşlı Tim Kuk hələlik öz postunu tərk etməyi planlaşdırmır. O, “Apple”ı artıq 14 ildir idarə edir və bu vəzifəyə şirkətin qurucusu Stiv Cobsdan sonra gəlib. Son zamanlar “Apple” rəhbərliyi süni intellekt sahəsində digər texnoloji nəhənglərdən geri qalmaqda tez-tez tənqid olunur.

Son xəbərlər
Digər xəbərlər