14 C
Baku
Wednesday, November 26, 2025

Avropanın ən bahalı qızıl sikkəsi satıldı

1609-cu ildə İspaniya kralı III Filipp üçün zərb edilmiş böyük qızıl sikkə İsveçrədə hərracda satılıb.

Bu, Avropada satılmış ən bahalı sikkə olub.

339 qramlıq sikkənin başlanğıc qiyməti təxminən 2.46 milyon dollar olsa da, o yekunda 3.49 milyon dollara satılıb.

Keçmiş ispan valyutası ilə 100 eskudo dəyərindəki sikkə Seqoviya şəhərində zərb edilib. O, həm də müasir Avropa tarixində ən böyük sikkə hesab olunur.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər