“Qala Sığorta” ASC-nin 2025-ci ilin ilk üç rübündəki gəlirlər 21,48 mln manata yüksələrək 4,9% artıb.Halbuki, keçən il gəlirlər 20,48 mln manat idi.
Banker.az şirkətin hesabatına istinadən xəbər verir ki, əsas əməliyyat gəlirləri də 18,86 mln manatdan 22,72 mln manata qalxıb və bu, 20,5%-lik illik artım deməkdir. İnvestisiya gəlirləri isə 1,13 mln manatdan 1,64 mln manata yüksələrək təxminən 44,8% artıb.
Xərclər üzrə şirkət illik artım qeydə alıb. Ümumi xərclər 12,29 mln manatdan 11,73 mln manata qədər 4,6% azalsa da, əsas əməliyyat xərcləri 12,46 mln manatdan 3,34 mln manata endirilib. İşlərin aparılması xərcləri isə 7,82 mln manatdan 8,48 mln manata qalxaraq 8,4% artıb.
Maliyyə mənfəəti ötən ilin 8,13 mln manatı ilə müqayisədə 7,95 mln manat təşkil edib və 2,2% azalıb. Mənfəət vergisi 3,57 mln manatdan 1,95 mln manata enib. Xalis mənfəət isə 6,41 mln manatdan 7,80 mln manata yüksələrək 21,6% artımla diqqət çəkib.







