Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən yeni satınalma həyata keçirilib.
Məlumata görə, Ağdam şəhərinin 5 nömrəli yaşayış massivində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin görülməsi və avadanlıqların alınması üzrə müqavilə bağlanıb.
Satınalmanın qalibi “Diler İnşaat” QSC olub.
Müqavilənin dəyəri 31.934.173,84 AZN təşkil edir.








