Avropa İttifaqı (Aİ) 2026-cı ilin əvvəlində Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayacaq. Bu barədə Avropa diplomatlarına istinadən “Politico” məlumat yayıb.
Onların sözlərinə görə, Avropa Komissiyası yanvar ayında yeni sanksiyalar üzrə təkliflərin hazırlanmasına başlayacaq. “Politico“nun məlumatına görə, məhdudiyyətlər Rusiyanın enerji resurslarının ixracından əldə etdiyi gəlirlərin və “kölgə donanmanın” fəaliyyətinin məhdudlaşdırılmasına yönələ bilər.








