14 C
Baku
Thursday, November 27, 2025

“Qala Həyat Sığorta”nın dövlət istiqrazları üzrə yatırımları 37% azalıb

“Qala Həyat Sığorta” ASC 2025-ci ilin 3-cü rübünü 7 milyon 801 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ilin eyni dövründə sığorta şirkətinin mənfəəti 6 milyon 416 min manat olub ki, bu da illik müqayisədə 22% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 21 milyon 484 min manat (illik müqayisədə 5% çox), xərcləri 11 milyon 733 min manat (6% az), mənfəət vergisi ödəmələri isə 1 milyon 950 min manat (22% çox) təşkil edib.

Sığorta Şirkətinin səhmlər üzrə investisiya portfeli 2 milyon 500 min manatdan 5 milyon 25 min manata çatıb. Ümumi investisiya portfeli isə illik müqayisədə 9 milyon 246 min manat artaraq 36 milyon 981 min manata çatıb. Dövlət istiqrazları üzrə yatırımları 19 milyon 421 min manatdan 12 milyon 220 min manata düşərək 37%-dən çox azalıb.

Son xəbərlər
Digər xəbərlər