14 C
Baku
Thursday, November 27, 2025

Müəllimlərin attestasiyasının vaxtı açıqlandı

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə növbəti attestasiya 2026-cı ilin fevral ayında keçiriləcək.

Banker.az-ın məlumatına görə, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov sosial şəbəkədə ona ünvanlanan suala cavab olaraq bildirib.

Budəfəki attestasiya regionlardakı musiqi və incəsənət məktəblərini əhatə edəcək.

Xatırladaq ki, 2025-ci il üzrə nəzərdə tutulan attestasiya prosesi iyulun 1-də başa çatıb. Builki attestasiya Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarındakı təhsil ocaqlarını əhatə edib.

Fevralın 28-də başlayan və iyulun 1-də başa çatan mərhələli prosesdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 4100-dək müəllimin bilik və təcrübəsi qiymətləndirilib. Attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

2026-cı ildə ölkənin bütün regionları üzrə Mədəniyyət Nazirliyi sistemindəki təhsil ocaqlarında çalışan müəllimlərin attestasiyası başa çatdırılacaq.

Son xəbərlər
Digər xəbərlər