13 C
Baku
Friday, November 28, 2025

Peyk telekommunikasiya ixracında geriləmə: Azərkosmosun gəliri 3% düşüb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 14.9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Banker.az xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 15.4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib ki, bu da illik müqayisədə 3% azalmadır.

Son xəbərlər
Digər xəbərlər