13 C
Baku
Friday, November 28, 2025

Azərbaycanın mədən şirkətinin valyuta gəlirləri $100 mln.-a çatıb

Azərbaycanda fəaliyyətdə olan qızıl, gümüş və mis hasilatçısı “Azərbaycan İnterneyşnl Mayninq Kompani”nin (AİMK) 2025-ci ilin ilk 10 ayında ixrac gəlirləri 97.4 mln. ABŞ dollarına çatıb. Bu onu ölkənin özəl şirkətləri içində ən iri ixracatçısına çevirib.

Banker.az xəbər verir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 70.6 mln. dollar və ya 4 dəfəyə yaxın artımdır.

Keçən ilin ilk 10 ayında Britaniya kapitallı şirkətin gəlirləri 26.8 mln. dollar olmuşdu.

Cari il şirkət hasilat hesabatı ilə bağlı güclü göstəricilər açıqlayıb.

Bu şirkətdə (Anglo Asian Mining pls) qızıl hasilatı illik müqayisədə iki dəfədən çox artaraq 6 798 unsiyaya, gümüş hasilatı isə 41 605 unsiyaya çatıb. Ümumilikdə 2025-ci ilin doqquz ayında 3 475 ton mis, 18 912 unsiya qızıl və 103 959 unsiya gümüş hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə çox böyük artım deməkdir.

“Azərbaycan İnterneyşnl Mayninq Kompani”— Azərbaycanda qızıl, mis və digər qiymətli metalların hasilatı ilə məşğul olan mədən şirkətidir.

Anglo Asian Mining şirkətinə məxsusdur və ölkədə bir neçə mədən yatağını idarə edir.

Son xəbərlər
Digər xəbərlər