12 C
Baku
Wednesday, December 11, 2024

Sahibkarlardan prioritet layihələr qəbul edilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Tend-ə verilən məlumata görə, Fond 2016-cı il mayın 26-da Suraxanı rayonunun Hövsan qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
– istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması;
– ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər