Pullar həyatımız ayrılmaz bir hissəsini təşkil edir. Bu səbəbdən də, həyatımızın digər sahələrində olduğu kimi, pullar haqqında da çoxlu sayda əsassız fikirlər formalaşmışdır. Bu fikirlər ən populyar olanları ilə tanış olaq:
“Çirkli pullar” ifadəsi yalnızca məcazi məna daşıyır:
Əslində isə kağız pullar gün ərzində toxunduğumuz ən çirkli predmetlərdən biridir. Hazırda pul qabınızda mövcud olan pulun üzərində yüzlərlə min mikrob var. Məhz buna görə növbəti dəfə hər hansı virus və yaxud mikroba yoluxduqda yadınıza salın ki, bəlkə elə pula toxunduqdan sonra əllərinizi təmiz yumamısınız. Əgər xarici ölkəyə səfər etməyə hazırlaşırsınızsa, bu cəhətə xüsusi olaraq diqqət edin. Bir faktı da qeyd edək ki, bir çox ölkələr bu çirkli pullarla mübarizə aparmağa çalışır. Belə ki, Avropa İttifaqı avroya xüsusi antibakterial tərkib əlavə edir. Yaponiyada isə banknotları sterilizə edən xüsusi bankomatlardan istifadə edir.
Bankomatın köməkliyi ilə polis çağırmaq:
İnsanlar arasında belə bir fikir geniş yayılmışdır ki, bankomatdan pul çıxararkən kimsə sizi hədələyərək pullarınızı oğurlamaq istəyərsə, plastik kartın pin kodunu tərsinə, yəni sondan əvvələ yığmaq lazımdır. Bu zaman bankomat pulları vermir, siqnalizasiya işə düşür və bankomat polis çağırır. Bu qismən doğrudur. Belə ki, bu formada işləyən təhlükəsizlik sistemi ABŞ-da yaradılıb, patentləşdirilsə də, dünyada heç bir bank bundan istifadə etmir.
Pulların qoxusu olmur:
Bu düzgün deyil! Pullar müəyyən qoxuya sahibdirlər və istifadə müddəti ərzində hətta bir neçə dəfə qoxularını dəyişə bilər. İlk olaraq pullardan yeni boya qoxusu gəlir. Daha sonra isə müəyyən müddət istifadə edildikdən sonra onlardan xüsusi şirin qoxu gəlir ki, eyni qoxuya morqda rast gəlmək olar. Buna əsas səbəb odur ki, zamanla insan dərisinin, dəri yağlarının parçaları və həmçinin bir çox mikroblar banknotun üzərində çoxalmağa başlayırlar.
Bank kartı islandıqda yararsız ola bilər:
Plastik kart istifadəçiləri arasında belə bir fikir yayılmışdır ki, kart islandıqda o artıq yararsız hala düşür. Əslində isə, plastik kartı bir neçə gün ərzində suda saxlasanız belə o xarab olmayacaq. Bu plastik kartın hazırlanması texnologiyası sayəsində baş verir. Bir faktı qeyd edək ki, yalnız kiçik Çin banklarının hazırladığı bank kartları suya düşdükdə xarab ola bilər. Çünki onlar kartın əsas materialı olaraq plastikdən deyil, kartondan istifadə edir.
Dünyada ən geniş yayılmış valyuta dollardır:
Bu fikir də yalnışdır və ola bilsin bu ideyanın əsasında ABŞ-ın dünya ictimaiyyətinə etdiyi təsirdir. Əslində isə, dünyada ən geniş yayılmış valyuta frankdır və dünyanın 34 ölkəsi bu valyutadan ödəniş vasitəsi olaraq istifadə edir. Bu fikrin geniş yayılmasına əsas səbəblərdən biri də bəzi ölkələrin öz valyutalarını “dollar” adlandırmasıdır. Məsələn, Avstraliya dolları, Yeni Zellandiya dolları və s.