Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərarası qarşılıqlı vizasız rejimin ləğvi barədə saziş imzalayıblar. Sənəd Rusiya–Səudiyyə Ərəbistanı Biznes Forumunda Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak və krallığın xarici işlər naziri Feysəl Əl-Fərhan tərəfindən imzalanıb.
Tərəflər həmçinin iqlim və aşağı karbonlu inkişaf məsələləri üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Daha bir sənəd isə Rusiya və Səudiyyə Ərəbistanı arasında arxiv işi sahəsində əməkdaşlığa aiddir.
Vizasız rejimlə bağlı layihə Rusiya hökuməti tərəfindən noyabrın sonunda təsdiqlənmişdi. Hər iki sənəd il ərzində ölkədə 180 gün qalmağa, bir səfər zamanı isə maksimum 90 günə icazə verir.








