Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Ramiz oğlu Mehdiyevin adı siyahıdan çıxarılıb.
Banker.az bunu FHN-nin rəsmi veb səhifəsinə istinadən xəbər verir.
APA isə yazır ki, Prezident İlham Əliyev Sərəncamı ilə o nazir müavini vəzifəsindən azad edilib.
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirmişdir. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmişdir. 2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmışdır.
2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışmışdır. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilmişdi.








