6 il əvvəl bu gün COVİD-19 virusuna ilk bilinən yoluxma halları Çinin Hubei əyalətinin Uhan şəhərində qeydə alınıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) retrospektiv araşdırmalarına görə, ilk klinik olaraq tanınan hadisə 1 dekabr 2019 tarixində müşahidə edilib.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir. Onun sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir. Digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır.
“Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır”, – deyə Y.Qarayeva diqqətə çatdırıb.







