14 C
Baku
Monday, December 1, 2025

Makron: Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başa çatıb

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başa çatıb.

O, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Makron bu məsələ ilə bağlı aparılacaq danışıqların avropalıların, fransızların və ukraynalıların təhlükəsizliyi üçün vacibliyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, ABŞ-nin təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirakı Vaşinqtonla müzakirə mövzusu olacaq: “Yaxın günlərdə amerikalı rəsmilərlə danışıqlar aparılmalıdır ki, bu zəmanətlərdə ABŞ-nin iştirakı dəqiqləşdirilsin”.

“Eyni zamanda Rusiyanın sülhə can atdığı ilə bağlı ABŞ-yə aydın mənzərə təqdim etməsi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, Moskvanın irəliləmək istəyini və ya istəmədiyini öyrənmək üçün ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək”, – Makron əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər