2026-cı il yanvar ayının 13-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri açıqlanıb.
Banker.az xəbər verir ki, Azərbaycanda bir sıra region şirkətləri səhmlərinin bir hissəsini satışa çıxarıb.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.
Pul hərracı 2026-cı il yanvar ayının 13-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi vasitəsilə və www.emlak.gov.az saytından ala bilərsiniz.
| Sıra sayı | Səhmdar cəmiyyətinin adı və təsis tarixi |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) |
İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat) |
|||
| sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında %-lə |
|||||||||||
| 1 |
|
Salyan rayonu, Xələc kəndi |
|
560059 | 2,00 | 168225 | 30,04 | 336450,00 | 168225,00 | 16822,50 | ||
| 2 | Yevlax Yük Avtonəqliyyat №649 20.04.1998 | Yevlax şəhəri, Pişəvəri küçəsi, 8 | 316887,20 | 158443 | 2,00 | 47543 | 30,01 | 95086,00 | 47543,00 | 4754,30 | ||
| 3 | Yevlax Kəndnəqliyyat № 833 13.10.1997 | Yevlax şəhəri, Nizami küçəsi, 37 | 225900,60 | 112950 | 2,00 | 33906 | 30,02 | 67812,00 | 33906,00 | 3390,60 | ||
| 4 | Şıxlar Broyler №544 06.04.1998 | Masallı rayonu, Şıxlar kəndi | 279609,60 |
|
2,00 | 42090 | 30,11 | 84180,00 | 42090,00 | 4209,00 | ||
| 5 | Xaçmaz Mexanizasiya Nəqliyyat №93 15.04.2005 | Xaçmaz şəhəri, Sabir küçəsi, 4 | 123056,00 | 61.528 | 2,00 | 18463 | 30,01 | 36926,00 | 18463,00 | 1846,30 | ||








