“Eko Grup 2018” MMC nizamnamə kapitalını azaltdığını elan edir.
Banker.az xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmayıb.
“Eko Grup 2018” MMC-nin nizamnamə kapitalı 2 031 250 AZN olub. Şirkət pomidor istehsalı ilə məşğul olur, 2004-cü ildə yaradılıb və qanuni təmsilçisi Rəşid Zalovdur.







