Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib.
Banker.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının xarici işlər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri
“ADA” Universitetinin rektoru
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.







