13 C
Baku
Tuesday, December 2, 2025

Nazir pensiya kapitalının vərəsələrə qalacağı ilə bağlı məsələyə aydınlıq gətirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya kapitalının vərəsələrə veriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə əmək və əhalinin müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bəhs edib.

Nazir bildirib ki, bu gün Azərbaycanda sığorta pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir.

“Bu gün istənilən şəxsin ödədiyi sığorta haqqı 1,1 milyon əmək pensiyaçısının pensiyasının maliyyələşdirilməsinə yönəlir. Bu gün Dövlət Sosial Müdafiə Fondunun pensiya xərclərinin məbləği orta aylıq əsasda 600 milyon manata çatıb. Dövlət Vergi Xidməti ilə birgə ay ərzində topladığımız sosial sığorta haqları elə həmin ay pensiyaların ödənilməsinə yönəlir”, – deyə o vurğulayıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər