“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bir sıra peşə təhsil mərkəzlərinin tikintisi və yenidən qurulması nəzərdə tutulub.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli məlumat verib.
K.Həsənli qeyd edib ki, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl Dövlət Peşə Təhsil mərkəzlərinin tikintisi nəzərdə tutulub:“Bu il Şuşa Dövlət Peşə Təhsil Mərkəzi əsaslı təmir olunub. Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzinin isə tikintisi davam edir. Zəngilan, Qubadlı, Ağdam Dövlət Peşə Təhsil mərkəzlərinin isə layihələndirmə işləri davam edir”, – deyə o bildirib.






