Dünyanın ən çirkli şəhərinin adı məlum olub.
Bu haqda “Radical Storage” şirkətinin araşdırmasında deyilir.
İnsanların ən çox səyahət etdiyi yerlərdən olan Macarıstanın paytaxtı Budapeşt dünyanın ən çirkli şəhəri seçilib.
Budapeştin təmizliyi ilə bağlı turist rəylərinin 37,9 faizi mənfidir. Reytinqdə ikinci yeri 35,7 faiz mənfi rəylə İtaliyanın Roma şəhəri tutub. Ən çirkli şəhərlər arasında isə ilk üçlüyü bağlayan ABŞ-nin Las-Veqasıdır (31,6 faiz).
İlk 10-luğa həmçinin Florensiya (İtaliya), Paris (Fransa), Milan (İtaliya), Verona (İtaliya), Frankfurt (Almaniya), Brüssel (Belçika), Qahirə (Misir) daxil olub.








