13 C
Baku
Tuesday, December 2, 2025

“Apple” şirkətinin süni intellekt üzrə vitse-prezidenti istefa verib

ABŞ-nin “Apple” texnologiya şirkəti maşın təlimi və süni intellekt texnologiyalarının inkişafı strategiyaları üzrə vitse-prezident Con Cannandreanın vəzifəsindən getdiyini elan edib.

Bu barədə şirkətin press-relizində məlumat verilib.

2018-ci ildə “Apple” şirkətinə gələn Con Cannandrea 2026-cı ilin yazında birdəfəlik ayrılacaq. O vaxta qədər o, şirkətin məsləhətçisi vəzifəsində çalışacaq. Con Cannandreanın işdən getməsinin səbəbləri açıqlanmır.

İyul ayında şirkətə qoşulan süni intellekt tədqiqatçısı Amar Subramanya süni intellekt üzrə vitse-prezident təyin edilib və baş vitse-prezident Kreyq Federiqinin rəhbərliyi altında işləyəcək. Subramanyanın rəhbərliyi altında “Google” özünün “Gemini” adlı çatbotunu hazırlayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər