11 C
Baku
Wednesday, December 3, 2025

Mask ABŞ-nin növbəti prezidentinin kim ola biləcəyini açıqlayıb

Amerikalı sahibkar İlon Mask bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin növbəti prezidenti ola və səkkiz il müddətinə hakimiyyətdə qala bilər. O, 22 noyabr tarixində Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş əməkdaşları ilə keçirilən görüşdə videobağlantı vasitəsilə çıxış edib. Bu barədə tədbirdə iştirak edən mənbələrə istinadən “Politico” qəzeti məlumat yayıb.

İctimai şəkildə yayımlanmayan çıxışı zamanı milyarder qeyd edib ki, ABŞ “böyük 12 illik dövrün” astanasındadır. O, bu sözlərlə Donald Trampın başlayan ikinci müddətini və onun proqnozuna görə, cənab Vensin ardıcıl iki prezidentlik müddətini nəzərdə tuturdu.

Nəşrin qeyd etdiyinə görə, Maskın vitse-prezidentlə yaxşı münasibətləri var. Vens isə hələlik 2028-ci il seçkilərində namizədliyini irəli sürmək niyyəti barədə rəsmi açıqlama verməyib. Qeyd edək ki, Donald Tramp ABŞ Konstitusiyasının prezidentin vəzifədə iki müddətlə məhdudlaşdıran 22-ci düzəlişinə görə həmin seçkilərdə iştirak edə bilməyəcək.

İlon Mask həmçinin bildirib ki, o, Donald Tramp və Cey Di Venslə yanaşı “sui-qəsd üçün əsas hədəflərdən biri” sayılır. Təhlükəsizlik səbəblərinə görə o, tədbirdə şəxsən iştirak etməyib.

Son xəbərlər
Digər xəbərlər