11 C
Baku
Wednesday, December 3, 2025

Rubio: Ukrayna danışıqlarında əsas mübahisəli məqam Donetskin 20%-idir

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas mübahisəli məqam Kiyevin nəzarəti altında qalan Donetsk ərazisinin 20%-i ilə bağlıdır.

Banker.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a açıqlaması zamanı bildirib.

“Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-i ilə bağlıdır. Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik”, – Rubio deyib.

Dövlət katibi onu da bildirib ki, ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır.

Son xəbərlər
Digər xəbərlər