11 C
Baku
Wednesday, December 3, 2025

Azərbaycanda gəmilərin yükdaşınmadan gəlirləri artıb

Azərbaycanda gəmilərlə yükdaşımaların həcminin artması gəmiçilik şirkətlərinə böyük gəlir qazandıra bilib.

Banker.az xəbər verir ki, Azərbaycandakı gəmilər cari ilin ilk üç rübündə 194.1 milyon manat gəlir əldə ediblər. Bu da keçənilki 170.3 milyon manatı 14 faiz üstələyir.

Əldə olan statistik rəqəmlərə əsasən, gəmi ilə yükdaşınmanın həcmi ilk doqquz ayda 6.96 milyon ton olmaqla illik 9.5 faiz artıb. Daşınan yüklərin 3.35 mln. tonu neft məhsullarıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, idxal yüklərinin 1.3 milyon tonu sırf Azərbaycan gəmilərinin payına düşüb.

Yükdaşınmaların artması Azərbaycan limanlarındakı gəmilərinin sayına da mühüm təsir edir. İlk 9 ayda limanlarda 4 604 işlənmiş gəmi olub və bu illik 32% artımdır.

Son xəbərlər
Digər xəbərlər