Azərbaycanda təyyarə ilə sərnişin daşınmasından gəlirlər azalıb

2025-ci ilin ilk doqquz ayında təyyarə ilə sərnişin sayı artmasına baxmayaraq, beynəlxalq reyslərdə – əsasən də MDB-nin xarici – qiymət enişi gəlirlərin azalmasına təsir edib.

Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında hava nəqliyyatı üzrə sərnişin daşınmasından əldə olunan gəlirlər 1 milyard 278,1 mln manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,9% azalmaya uyğun gəlir.

Beynəlxalq sərnişindaşımadan gəlirlər 1 milyon 221,7 mln manat olub ki, bu da illik müqayisədə 18,1% azalmadır. Daxili sərnişindaşımadan gəlirlər isə 56,4 mln manata yüksələrək illik əsasda 20,3% artıb.

Hesabat dövründə ümumi sərnişin daşınması 3 milyon 104,9 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artım deməkdir.

Beynəlxalq sərnişindaşımada artım 2,2% olub, daxili reyslər üzrə daşınan sərnişinlərin sayı isə 1,3% azalıb.

2025-ci ilin yanvar–sentyabr aylarında daxili reyslərin orta qiyməti 59 manat olaraq 2024-cü illə müqayisədə dəyişməsədə də beynəlxalq reyslərdə eniş müşahidə edilib. MDB istiqamətində orta qiymət 2024-cü ilin eyni dövrü ilə müqayisədə artaraq aylıq orta hesabla 1 000 manat civarında olub.

Digər ölkələr üzrə isə orta qiymət 2025-ci ildə 2024-cü ilə nisbətən əhəmiyyətli dərəcədə azalaraq aprel–sentyabr aylarında 444–552 manat səviyyəsinə düşüb. Ümumilikdə, MDB reyslərinin qiymətləri bahalaşıb, daxili reyslər sabit qalıb, digər beynəlxalq reyslər isə ucuzlaşıb.

3242423

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər