11 C
Baku
Wednesday, December 3, 2025

Türkiyənin “Besiktas Shipping” şirkəti Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırıb

Seneqal sahillərində zədələnən neft tankerinin sahibi “Besiktas Shipping” şirkəti Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırdığını bildirib. Bu barədə “Reuters” məlumat yayıb.

“Besiktas Shipping”in bəyanatında qeyd olunur ki, şirkət dərhal Rusiya ilə bütün əməliyyatları dayandırır. Şirkət vurğulayıb ki, o, bütün beynəlxalq sanksiya rejimlərinə və ticarət məhdudiyyətlərinə ciddi şəkildə riayət edir.

30 noyabr bazar günü “Besiktas Shipping”ə məxsus “MERSİN” adlı neft tankeri Seneqal sahillərində batmağa başlayıb, gəmi Panamanın bayrağı altında üzürdü.

“Istanbul Haber”in məlumatına görə, gəmi Ukrayna dronu tərəfindən hücuma məruz qalıb. “Vesselfinder” məlumatlarına əsasən, tanker 2024 və 2023-cü illərdə azı bir neçə dəfə Rusiya limanlarına daxil olub.

Bundan əvvəl, 28 və 29 noyabr tarixlərində Qara dənizdə daha iki neft tankerinə hücum edilib. 28 noyabr axşamı Novorossiyskə gedən “Kairos” tankerində, Türkiyənin ərazi sularından 45 km aralıda yanğın baş verib. Bir müddət sonra “Virat” tankerinin ekipajı Türkiyə sahillərindən 65 km məsafədə tüstülənmə barədə məlumat verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gəmilərə hücumları “narahatedici gərginlik” adlandırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, əgər Ukrayna Qara dənizdə tankerlərə hücumları davam etdirsə, Rusiya Ukraynaya kömək edən ölkələrin gəmilərinə qarşı “cavab tədbirləri” görə bilər.

Son xəbərlər
Digər xəbərlər