“AzRe Təkrarsığorta” ASC-nin investisiya portfelini 2025-ci ildə daha 29 milyon manat artımaqla 132,05 milyon manata yüksəldib.
Banker.az xəbər verir ki, “AzRe”nin cari ilin 1 oktyabr tarixinə görə dövlət istiqrazlarının həcmi 75,2 milyon manatdan 72,1 milyon manata qədər azalıb, qeyri-dövlət istiqrazları isə 18,2 milyon manatdan 34,5 milyon manata qalxaraq əhəmiyyətli artım nümayiş etdirib.
Səhmlərə qoyuluşlar 9,8 milyon manatdan 13,1 milyon manata yüksələrək portfeldə payını artırıb.
Sığorta şirkəti cari ildən etibarən 12.35 milyon manat depozit yatırıb.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.







