11 C
Baku
Wednesday, December 3, 2025

Aİ Komissiyası Rusiyanın 210 mlrd. avroluq aktivlərinin müsadirəsi planını təqdim edib

Avropa Komissiyası (AK) Aİ ölkələrinə Rusiyanın Aİ-də dondurulmuş 210 milyard avroluq suveren aktivlərinin 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsi üçün müsadirə edilməsinə dair hüquqi təkliflər göndərib. “Politic”-nun əldə etdiyi sənədə əsasən, Belçika bu təşəbbüsə “kəskin şəkildə qarşı çıxıb”. Təkliflər 18–19 dekabr tarixlərində keçiriləcək Aİ sammitində müzakirə olunacaq.

“Politico”nun məlumatına görə, AK 165 milyard avronu birbaşa Ukraynanın maliyyələşdirilməsinə, 45 milyard avronu isə ERA təşəbbüsü çərçivəsində 2024-cü ildə Aİ ölkələri və “Yeddilər qrupunun” Ukraynaya ayırdığı kreditlərin ödənilməsinə yönəltməyi planlaşdırır. Bu kreditlərin 2042-ci ilə qədər dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə olunan faizlər hesabına qaytarılması nəzərdə tutulur. Kiyevə ayrılacaq vəsaitdən 115 milyard avro hərbi məqsədlərə, 50 milyard avro isə büdcə xərclərinin qarşılanmasına sərf ediləcək.

Belçikanın xarici işlər naziri Maksim Prevо bundan əvvəl Rusiya aktivlərinin müsadirəsini “Ukraynanın maliyyələşdirilməsinin ən pis yolu” adlandırıb və bunun “fəlakətə səbəb ola biləcəyi” barədə xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər