11 C
Baku
Wednesday, December 3, 2025

“İpək Yolu Sığorta”nın xalis mənfəəti 65% azalıb

“İpək Yolu Sığorta” ASC-nin xalis mənfəəti 2025-ci ilin ilk üç rübündə 486 min manat olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 64,6% azalmadır.

Bankr.az şirkətin hesabatına istinadən xəbər verir ki, mənfəətdəki geriləmə həm gəlirlərdə kəskin azalmaı ilə əlaqədardır.

Şirkətin ümumi gəlirləri 5,73 mln manata düşərək illik 28,2% azalıb. Əsas əməliyyat gəlirləri 14,5% enib. İnvestisiya gəlirləri əksinə, 61,9% artaraq şirkətin gəlir hissəsinə qismən dəstək verib. Xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə göstərici 2024-cü illə müqayisədə 474,7 min manat azalıb.

Digər gəlirlər isə 72,2% enərək gəlir bazasında ciddi daralma yaradıb. Xərclər üzrə ümumi azalma 18,2% olub. Əsas əməliyyat xərcləri 24,4% azalıb, işlərin aparılması xərclərində isə 33,1% enmə qeydə alınıb.213

Son xəbərlər
Digər xəbərlər