Rusiya və Hindistan Vladimir Putinin 4-5 dekabr tarixlərində Nyu-Dehlidə həyata keçirəcəyi dövlət səfəri çərçivəsində iqtisadi sahədə strateji əməkdaşlıq istiqamətlərinin inkişafı proqramını imzalamağı planlaşdırır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Bu səfərin böyük əhəmiyyəti var, o, Rusiya-Hindistan əlaqələrinin geniş gündəliyini hərtərəfli müzakirə etmək imkanı verir. Səfərin nəticələrinə əsasən müxtəlif sahələrdə bir sıra ikitərəfli sənədlərin, o cümlədən Rusiya-Hindistan iqtisadi əməkdaşlığının strateji istiqamətlərinin 2030-cu ilə qədər inkişaf proqramının imzalanması və qəbul edilməsi nəzərdə tutulur”, — deyə Uşakov bildirib.







