AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,93% daha çox sərnişin daşıyıb.
Banker.az xəbər verir ki, bu ay həmçinin yeni texnoloji mərhələ ilə yadda qalıb – ilk dəfə NFC ödəniş sistemi tətbiq edilib.
NFC ilə daşınmış sərnişinlərin sayı 2 157 384 nəfərdir. NFC bütün ödənişli keçidlərin 11%-ni təşkil edib.








